BİRJA

18 Aprel

"PSG-Kapital İnvestisiya Şirkəti" QSC-nin vəzifəli şəxsi cərimələndi

"PSG-Kapital İnvestisiya Şirkəti" QSC-nin vəzifəli şəxsi cərimələnib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilib ki, qurumun apardığı kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin yerinə yetirilməsi istiqamətində verilmiş icrası məcburi göstərişin vaxtında icra edilməməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə müvafiq olaraq investisiya şirkətinin vəzifəli şəxsi 1 000 manat cərimələnib.

Fuad Mədətov
Fins.az