BİRJA

17 Aprel

Mərkəzi Bankın 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2239024709 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Fins.az-a BFB-dən məlumat verilib.

Hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 99,436.1968 (7.29%) manat və 99,512.3893 (6.30%) manat olan 6 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,200,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,440.8112 (7.23%) manat və orta ölçülmüş qiyməti 99,448.0160 (7.14%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 15.05.2024-cü ildir.

Fuad Mədətov
Fins.az