BİRJA

16 Aprel

Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıb

Aprelin 16-da keçirilən hərraca çıxarılan əmlaklara 78 sifariş qəbul edilib ki, bunlardan 16-sı elektron qaydada qeydə alınıb.

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aprelin 16-da keçirilən hərraca çıxarılan əmlaklara 78 sifariş qəbul edilib ki, bunlardan 16-sı elektron qaydada qeydə alınıb.

Hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıb. Ağstafa rayonunda yerləşən "Qərb Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyəti hərracda 1.710.500 manata özəlləşdirilib. Müəssisənin ümumi faydalı sahəsi 4.188 kvadratmetr, torpaq sahəsi isə 12.000 kvadratmetrdir.

Hərracda 18 nəqliyyat vasitəsi də özəlləşdirilib. Rəqabətli keçən hərraca çıxarılmış nəqliyyat  vasitələri əsasən Avropa istehsalıdır.

Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə //clck.ru/3A7csN  linki vasitəsilə tanış olmaq olar.

Cari ay üçün növbəti hərraclar 23 və 30 aprel tarixlərində keçiriləcək.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.