BİRJA

16 Aprel

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Aprelin 15-də Amerika fond bazarlarında "Dow Jones" indeksi 0.65% – 37,735.11 bəndədək, SP 500 indeksi 1.20% – 5,061.82 bəndədək, Nasdaq indeksi isə 1.79% – 15,885.02 bəndədək azalıb.

Fins.az-ın məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,38% – 7,965.53 bəndədək azalıb, Fransanın CAC-40 indeksi 0.43% – 8,045.11 bəndədək, Almaniyanın DAX indeksi isə 0.54% – 18,026.58 bəndədək artıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,08% azalaraq 1.0616 dollar təşkil edib.

Günel Məlikzadə
Fins.az