9 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070098 ISIN-li, 120 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Fins.az xəbər verir ki, hərrac zamanı 24 investor tərəfindən qiymət intervalı 92.3496 (9.4899%) manat və 97.1497 (7.58%) manat olan 46 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.9406 (8.05%) manat, orta ölçülmüş qiyməti isə 96.0468 (8.0084%) manat müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 194,915,500 manat, yerləşdirilmiş həcmi isə
91,283,400 manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 06.04.2027-ci ildir.
Hərrac iştirakçıları 15 aprel 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Fuad Mədətov
Fins.az