Aprelin 8-də Amerika fond bazarlarında "Dow Jones" indeksi 0.03% – 38,892.80 bəndədək, SP 500 indeksi 0.04% – 5,202.39 bəndədək azalıb, Nasdaq indeksi isə 0.03% – 16,253.96 bəndədək artıb.
Fins.az-ın məlumatına görə, Avropa fond bazarlarında isə Fransanın CAC-40 indeksi 0.72% – 8,119.30 bəndədək, FTSE 100 indeksi 0,41% – 7,943.47 bəndədək, Almaniyanın DAX indeksi isə 0.79% – 18,318.97 bəndədək artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,01% azalaraq 1.0858 dollar təşkil edib.
Günel Məlikzadə
Fins.az