8 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında “İcraçı Kredit Agentliyi” MMC BOKT-un AZ2002020090, dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 99 000 (doxsan doqquz min) manat , faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının hər birinin tədavül müddəti 24 ay, nominal dəyəri 200 manat olan istiqrazların yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Hərrac zamanı 5 investor tərəfindən 5 sifariş təqdim edilmişdir. İstiqrazların illik faiz dərəcəsi 14 %, faiz ödəniş dövrü isə hər 90 gündən bir təşkil edir.
Hərrac qiyməti 200 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 58 000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 58 000 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 8 aprel 2026-cı ildir.
Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.