BİRJA

07 Aprel

Qızıl ucuzlaşır?

Qızıl ardıcıl olaraq rekordlarını yenilədikdən sonra geri çəkildi, çünki investorlar bugün açıqlanacaq əmək bazarı hesabatı öncəsi FED rəsmilərinin açıqlamalarını qiymətləndirirlər.

Minneapolis FED sədri Nil Kaşkari cümə axşamı bildirib ki, inflyasiyanın irəliləməsi dayansa və iqtisadiyyat xüsusilə güclü qalsa, bu il faiz dərəcələrinin aşağı salınmasına ehtiyac olmaya bilər. Bu arada, Klivlend FED-in sədri Loretta Mester də mərkəzi bankın aylar ərzində dərəcələri endirməyə başlamaq üçün lazım olan inam səviyyəsinə yaxınlaşa biləcəyini bildirib.

Fins.az xəbər verir ki, qızıl ticarətinə təsir edən digər amillərdən biri kimi, möhkəmlənən dolların valyuta birjalarında möhkəmlənməsi qeyd edilə bilər. Nəticədə "sarı metal" 0.9% uculaşaraq bir unsiya üçün 2261.67$ həddini test edib. Lakin buradan dəstək alaraq bahalaşan qızıl, hazırda 2279.50$-dan ticarət olunur.

FED rəsmilərinin şərh dalğası, bir gün əvvəl sədr Cerom Pavelin "bu ilin müəyyən bir nöqtəsində" borclanma xərclərini azaltmağa başlamağın məqsədəuyğun olacağına vurğuladığl çıxışından sonra gəldi.

FED-in faiz dərəcələrini nə vaxt endirməyə başlayacağı ilə bağlı gözləntilər, faizsiz qiymətli metallar üçün əsas qiymət sürücüsü olub. Gümüş isə ucuzlaşmadan əvvəl təxminən üç ilin maksimum səviyyəsinə yüksəlmişdi.

Təhlillərə əsasən qızılın qiyməti 2250$ həddinin üzərində qaldığı müddətcə artım tendensiyası davam edə bilər. İlk müqavimət hədləri kimi isə, 2285.00$, 2300.00$ və 2310.00$ səviyyələri çıxış edir.