Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.
Fins.az xəbər verir ki, mayda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,18% azalaraq 1,757 ABŞ dolları təşkil edib.
Günel Məlikzadə
Fins.az