28 mart 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank” ASC-nin ümumi dəyəri 35,000,000 (otuz beş milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 6-16 aprel 2024-cü il tarixləri aralığında “Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 17 aprel 2024-cü il tarixində baş tutacaqdır.
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Fuad Mədətov
Fins.az