Bakı Fond Birjasında 2024-cü ilin yanvar-mart ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 7,548,979,940 manat təşkil edib.
Bu barədə Fins.az-a BFB-dən məlumat verilib.
Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 61%, dövlət qiymətli kağızların ticarət həcmində 111 %, repo əməliyyatları üzrə isə 148 % artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatları üzrə 59 % artım qeydə alınıb.
2024-cü ilin Mart ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5,768,811,684 manat təşkil edib.
BFB-nin ticarət dövriyyəsinin cədvəli
* ARMB – Azərbaycan Respublikasının Mərkəzi Bankı
** Tircarət günlərinin sayı – 55 gün
Fuad Mədətov
Fins.az