BİRJA

03 Aprel

Maliyyə Nazirliyinin 364 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Dünən Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101060041 ISIN-li, 120 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 92.5875(8.05%) manat və 93.5088 (6.98%) manat olan 27 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6387 (7.99%) manat, orta ölçülmüş qiyməti isə 93.2583 (7.2688%) manat olaraq müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 166,610,100 manat, yerləşdirilmiş həcmi isə 78,066,400 manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi 01.04.2025-ci ildir.

Hərrac iştirakçıları 3 aprel 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Fuad Mədətov
Fins.az