Bakı Fond Birjasında Dövlət istiqrazların yerləşdirilməsi və təkrar bazar əməliyyatları təşkil olunur. BFB-də qiymətli kağızların əldə edilməsi və BFB tərəfindən təşkil edilmiş bazarlarda iştirak "ABB-İnvest İnvestisiya Şirkəti" QSC vasitəsi ilə həyata keçirilir.
Fins.az xəbər verir ki, istiqraz alışı ilə bağlı ABB-İnvestin peşəkar mütəxəssisləri lazımi dəstəyi göstərir.
Dövlət qiymətli kağızları Bakı Fond Birjasında ən böyük ticarət həcminə sahib maliyyə alətləridir.
Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları tədavül müddətinə görə qısamüddətli (1 ay, 3 ay, 6 ay və 1 il), orta müddətli (2 il və 3 il) və uzun müddətli (5 il və daha artıq) ola bilər. Bu dövlət qiymətli kağızları dövlətin daxili borclanma aləti olmaqla, büdcə kəsrinin maliyyələşməsi məqsədi ilə buraxılır. Maliyyə Nazirliyinin istiqrazları üzrə hüquqi və fiziki şəxslər, rezident və qeyri-rezidentlər alıcı qismində çıxış edə bilərlər.
Fuad Mədətov
Fins.az