BİRJA

27 Mart

CPM-İnvest İnvestisiya Şirkəti” ASC -nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır

27 mart 2024-cü il tarixində Bakı Fond Birjasında CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin AZ1001023204 dövlət qeydiyyat nömrəli 400 000 (dörd yüz min manat) manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır.

Abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 1000 manat qiymətindən 1 sifariş təqdim edilmişdir.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 400 000 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 400 000 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter "CPM-İnvest İnvestisiya Şirkəti” ASC-dir.