Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) aprel fyuçerslərinin qiyməti troy unsiyası üçün 2206,7 dollar təşkil edib. O, 2,12% artaraq tarixi rekordu yeniləyib.
Fins.az xəbər verir ki, qızılın birja qiyməti martın 6-da əvvəlki rekordu qırıb. Sonra Comex-də aprel fyuçerslərinin qiyməti ilk dəfə bir troy unsiyası üçün 2153 dolları keçib. "Bloomberg" qeyd edir ki, treyderlərin qızıla marağı ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) baza dərəcəsini aşağı salmaq üçün hərəkətə keçə biləcəyi ilə bağlı fərziyyələr səbəbindən yaranıb.
FES martın 20-də baza məzənnəsi üzrə iclasının nəticələrini açıqlayıb. Nəticədə tənzimləyici onu ardıcıl beşinci dəfə 5,25-5,5% aralığında saxlamaq qərarına gəlib. FES üzvlərinin təxminən yarısı ilin sonuna kimi 4,5-4,75% uçot dərəcəsi gözlədiklərini qeyd edib.
Bundan əlavə, tənzimləyici ABŞ-da əmək bazarının soyumasına mane olan iş yerlərinin sayının əhəmiyyətli dərəcədə artmasına işarə edərək, iqtisadiyyatın vəziyyəti ilə bağlı qiymətləndirməsini yenidən nəzərdən keçirib: FES rəhbəri Cerem Pauel bildirib ki, işçilərə tələb hələ də təklifi üstələyir. Cari il üçün ABŞ-ın ÜDM-in artım təxmini də yarıya qədər, 1,4%-dən 2,1%-ə yüksəldilib.