BİRJA

16 Mart

İnvestisiya şirkətlərinin dövlət istiqrazlarının dövriyyəsinin həcminə görə RENKİNQİ - YANVAR-FEVRAL/2024

Bakı Fond Birjası 2024-cü ilin yanvar-fevral ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin dövlət istiqrazlarının dövriyyələrinin həcmini açıqlayıb.

Fins.az xəbər verir ki, investisiya şirkətlərinin dövlət istiqrazlarının dövriyyələrinin həcminə görə renkinq siyahısında “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC (764 364 486 AZN) ən yüksək nəticə göstərən şirkət olub.

İkinci ən yüksək nəticə CPM-İnvest İnvestisiya Şirkəti QSC (230 765 006 AZN), üçüncü ən yüksək nəticə isə "ABB İnvest İnvestisiya Şirkəti" QSC (208 764 176 AZN) qeydə alınıb.

Fins.az BFB-yə istinadən investisiya şirkətlərinin dövlət istiqrazlarının dövriyyələrinin həcminə görə renkinqi təqdim edir:

Fuad Mədətov
Fins.az