BİRJA

13 Mart

“PSG Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 27% azalıb

Bu ilin yanvar-fevral aylarında “PSG Kapital İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 20 milyon 892 min manat təşkil edib.

Fins.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.

Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 834 min manat və ya 27,3% azdır.

Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi olmayıb. Dövlət istiqrazları üzrə dövriyyə 14 milyon 989 min manat, korporativ istiqrazlar üzrə dövriyyə 3 milyon 396 min manat, səhm əməliyyatları üzrə dövriyyə 56,7 min  manat, repo əməliyyatları üzrə dövriyyə 2 milyon 449 min manat təşkil edib.

Əməliyyat sayı isə 254 təşkil edib.

Əvvəlki illə müqayisədə dövlət istiqrazları üzrə dövriyyə 7 milyon 919 min manat (2,1 dəfə) artıb, korporativ istiqrazlar üzrə dövriyyə 8 milyon 118 min manat (3,4 dəfə) azalıb, səhm əməliyyatları üzrə dövriyyə 29,2 min manat (2 dəfə), repo əməliyyatları üzrə dövriyyə 2 milyon 330 min manat (20,6 dəfə) artıb.

Əməliyyat sayında isə 12 ədəd və ya 5% artım qeydə alınıb.

 

© fed.az