Martın 12-də keçirilən hərraca çıxarılan əmlaklara 42 sifariş qəbul edilib. Hərrac rəqabətli keçib.
Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 6 lot üzrə 65 nəqliyyat vasitəsi satılıb. İlkin qiyməti 96 min manat olan 1 lot üzrə 60 nəqliyyat vasitəsi rəqabətli keçən hərracda 150 min manata satılıb. Start qiyməti 4.600 manat olan “Nazlifan” markalı nəqliyyat vasitəsi isə 6.800 manata özəlləşdirilib.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //clck.ru/39Nxpb linki vasitəsilə tanış olmaq olar.
Növbəti hərraclar 2, 9, 16 aprel tarixlərində keçiriləcək. Hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 2 avadanlıq və 156 nəqliyyat vasitəsi çıxarılacaq.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.
Fuad Mədətov
Fins.az