BİRJA

11 Mart

Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi açıqlanıb - CƏDVƏL

Bakı Fond Birjasında 2024-ci ilin yanvar ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 2,269,040,195 manat təşkil edib.

Fins.az xəbər verir ki, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaları üzrə ticarət həcmində 334 %, repo əməliyyatları üzrə isə 103 % böyümə qeydə alınıb. Həmçinin, ötən ilə müqayisədə dövlət qiymətli kağızlar bazarının ilkin bazarı üzrə 29 % artım qeydə alınıb.

2024-cü ilin yanvar ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 5,768,811,684 manat təşkil edib.

BFB-nin ticarət dövriyyəsinin cədvəli

Fuad Mədətov
Fins.az