Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2224024706 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Fins.az xəbər verir ki, hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 98,370.3315(7.1%) manat və 98,462.9927 (6.69%) manat olan 5 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 37,900,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98,370.3315 (7.10%) manat, orta ölçülmüş qiyməti isə 98,430.8725 (6.83%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 30.05.2024-cü ildir.
Günel Məlikzadə
Fins.az