Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2226024704 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Fins.az xəbər verir ki, hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 95011.8765(7.5%) manat və 95405.2817 (6.88%) manat olan 8 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği
41,000,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 95360.7019(6.95%) manat və orta ölçülmüş qiyməti 95396.0801(6.89%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 14.11.2024-cü ildir.
Günel Məlikzadə
Fins.az