BİRJA

05 Mart

Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - CƏDVƏL

6, 7 mart 2024-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

Fins.az xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Notun müddəti (gün)

 

       ISIN

 

Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ (manat)

 

 Nomi nal

 

Miqdar

Notun ödəniş  tarixi

28

  AZ2223024707

06.03.2024

30.000.000

100.000

300

03.04.2024

84

AZ2224024706

07.03.2024

30.000.000

100.000

300

30.05.2024

168

AZ2225024705

06.03.2024

30.000.000

100.000

300

21.08.2024

252

AZ2226024704

07.03.2024

30.000.000

100.000

300

14.11.2024

Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.

Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.

Fuad Mədətov
Fins.az