BİRJA

05 Mart

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070064 ISIN-li, 150 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Fins.az verilən məlumata görə, hərrac zamanı 25 investor tərəfindən qiymət intervalı 94.80 (8.8953%) manat və 97.2614 (7.50%) manat olan 53 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.3701 (8%) manat, orta ölçülmüş qiyməti isə 96.6203 (7.8590%) manat müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 385,121,200 manat, yerləşdirilmiş həcmi isə 225,000,000 manat təşkil eedib.

İstiqrazların ödəmə tarixi 03.03.2026-cı ildir.

Hərrac iştirakçıları 6 mart 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Fuad Mədətov
Fins.az