1 mart 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT "Embafinans" QSC-nin kapital bazarlarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Ticarətə Başlama Zəngi” mərasimi keçirilib.
BFB-dən Fins.az verilən məlumata görə, 1,500,000 (bir milyon beş yüz min) manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
Ticarətə başlama mərasimində emitent tərəfindən Embafinans, birja üzvü tərəfindən ABB-İnvest investisiya şirkəti və BFB-nin nümayəndələri iştirak edib.
Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “açılış zəngi” baş tutmuş və istiqrazların BFB-nin ticarət platformasında ticarətinə başlanılıb.
Fuad Mədətov
Fins.az