BİRJA

29 Fevral

Coinbase-də texniki problem

ABŞ-ın əsas kriptovalyuta birjası olan Coinbase-in Bitcoin kriptovalyutası 60 min dolları keçdiyi üçün artan əməliyyat trafiki səbəbindən bir sıra texniki problemlərlə üzləşdiyi bildirilir.

Fins.az xəbər verir ki, Coinbase tərəfindən edilən açıqlamada bəzi istifadəçilərin Coinbase hesablarında sıfır balans görə biləcəyi və alış-satış zamanı səhvlər yaşaya biləcəyi və vəziyyətdən xəbərdar olduqları ifadə edildi.

Açıqlamada bu vəziyyətin araşdırıldığı və qısa zamanda məlumat veriləcəyi bildirilib və əlavə edilib: “Mallarınız təhlükə altında deyil”. 

Bundan əlavə, Coinbase tərəfindən edilən məlumatlarda, müştəri ticarətinin yaxşılaşmağa başladığı, lakin artan trafik səbəbindən bəzi müştərilərin hələ də giriş, göndərmə, qəbul və bəzi ödəniş üsullarında səhvlərlə üzləşə biləcəyi qeyd edildi.

Coinbase CEO-su Brayan Armstronq özünün X sosial media hesabında "Trafikdə böyük bir artımla üzləşirik, qarşılaşdığınız problemlərə görə üzr istəyirik. Komanda vəziyyəti düzəltmək üçün çalışır" dedi. 

Qeyd edək ki, Bitcoin kriptovalyutasının qiyməti spot Bitcoin Exchange fondlarına (ETF) maraq davam etdiyi üçün 2021-ci ilin Noyabr ayından bəri ən yüksək səviyyəyə çataraq 60.000 dolları ötüb.

Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 4,9 faiz artaraq 2 trilyon 250 milyard dollara çatıb.

Ən böyük kriptovalyuta Bitkoinin qiyməti 62 min dolları ötüb.

Günel Məlikzadə
Fins.az