BİRJA

28 Fevral

Növbəti hərracda 12 nəqliyyat vasitəsi, 1 texnika satılıb

Fevralın 27-də keçirilən hərraca çıxarılan əmlaklara 83 sifariş qəbul edilib. Hərrac rəqabətli keçib.

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fevralın 27-də keçirilən növbəti hərracda 12 nəqliyyat vasitəsi, 1 traktor satılıb. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 83 sifariş qəbul edilib.

Hərrac rəqabətli olub. Belə ki, “MTZ-82” markalı traktorun start qiyməti 750 manat olsa da, son təklif 5.000 manata yüksəlib. İlkin qiyməti 3.000 manat olan “VAZ 21723” markalı avtomobil isə 6.400 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //clck.ru/395NFe linki vasitəsilə tanış olmaq olar.

Fuad Mədətov
Fins.az