BİRJA

28 Fevral

Mərkəzi Bankın 168 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2221024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dəb Fins.az-a bildirilib ki, hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 96,880.4495 (6.90%) manat və 96,937.4237 (6.77%) olan 5 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36,300,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96,924.2698 (6.80%) manat və orta ölçülmüş qiyməti isə 96,928.7708 (6.79%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 14.08.2024-cü ildir.

Fuad Mədətov
Fins.az