BİRJA

27 Fevral

“Bitcoin”-ın dəyəri 57 min dollara yüksəldi

“Bitcoin”-in (BTC) məzənnəsi son sutka ərzində 10%-dən çox bahalaşıb və “Binance” birjasında 57 min dollar həddini keçib. Hal-hazırda aparıcı kriptovalyuta 56.2 min dollara satılır və bu onun 2021-ci ilin noyabr ayından bəri maksimal qiymətidir. “Bitcoin”-nin qiymətinin tarixi maksimumu 10 noyabr 2021-ci ildə 68.7 min dollar olub.

Kapitallaşmasına görə ən böyük kriptovalyuta fevralın 26-da günün əvvəlində 51 min dollar səviyyəsinin altında ticarət edilirdi, lakin ABŞ-da ticarət sessiyası zamanı kəskin bahalaşaraq, demək olar ki, dəyəri 7 min dollar (10%-dən çox) artdı. “Coinmarketcap”-in məlumatına əsasən, “Bitcoin”-ın kapitallaşması 1.1 trilyon dollar səviyyəsini ötüb.

ABŞ-da “Bitcoin”-ın spot mübadiləsi fondlarında (ETF) ticarət həcmi bir gündə 2.4 milyard dolları ötdü. Bu yanvar ayından bəri rekord göstəricidir. “BlackRock”-un “ETF”-lərindən 1.3 milyard dollardan çox gəlir əldə etdiyi bildirilir.

Kapitallaşmasına görə ikinci kriptovalyuta “Ethereum”-un (ETH) məzənnəsi də illik maksimumunu yenilədi; “efir” 386 milyon dollardan çox kapitallaşma ilə 3 200 min dollar həddinin üzərində ticarət edilir.

Kapitallaşmasına görə ilk 10-a daxil olan bütün əsas kriptovalyutalar da bir gecədə orta hesabla 3-6% bahalaşıb. Kapitallaşması yüksək olar kriptovalyutalar arasında artım lideri “Pepe” (PEPE) olub - token 24 saat ərzində 50%-dən çox bahalaşıb.