BİRJA

27 Fevral

BFB-də "Legion Financial” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb

Dünən Bakı Fond Birjasında Legion Financial” ASC-nin AZ1001025464 dövlət qeydiyyat nömrəli 95 000 (doxsan beş min) manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.

BFB-dən Fins.az-a verilən məlumata görə, abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 100 manat qiymətindən 1 sifariş təqdim edilib.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 95 000 manat təşkil edib. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 95 000 manat təşkil edib.

Yerləşdirmə üzrə anderrayter "Assist Finance İnvestisiya Şirkəti” ASC -dir.

Fuad Mədətov
Fins.az