23 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tədavül müddəti 5 (beş) təqvim ili olan AZ2002019340 dövlət qeydiyyat nömrəli, 50,000,000 (əlli milyon) ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi uğurla başa çatıb.
Yerləşdirmə üzrə anderrayterdən daxil olan məlumat əsasında abunə yazılışı zamanı 1000 ABŞ dolları qiymətindən 43 investor tərəfindən 43 sifariş təqdim edilib.
İstiqrazın illik faiz dərəcəsi 6%, faiz ödənişləri ildə iki dəfə, 6 aydan bir olmaqla investorlara ödəniləcək.
Abunə yazılışı üzrə sifarişlərin nominal qiymətlə ümumi məbləği 50,000,000 ABŞ dolları təşkil etmişdir. Bölüşdürülmə nəticəsində istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 50,000,000 ABŞ dolları təşkil edib.
Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
Fuad Mədətov
Fins.az