BİRJA

22 Fevral

ARMB-nin 84 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

22 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2216024706 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Fins.az- bildirilib ki, hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 98,438.1152 (6.8%) manat və  98,451.6832 (6.74%) manat olan 5 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 31,800,000  manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98,438.1152 (6.8%) manat, orta ölçülmüş qiyməti isə 98,449.0164 (6.75%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 16.05.2024-cü ildir.

Fuad Mədətov
Fins.az