Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2217024705 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Fins.az xəbər verir ki, hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 96684.00 (7.35%) manat və 96968.1298 (6.70%) olan 8 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42,700,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96928.654 (6.79%) manat və orta ölçülmüş qiyməti isə 96937.7004 (6.77%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 07.08.2024-cü ildir.
Günel Məlikzadə
Fins.az