BİRJA

20 Fevral

ASCO-nun istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

13 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) ümumi dəyəri 50,000,000 (əlli milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Fins.az xəbər verir ki, 23 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin ümumi dəyəri 50,000,000 (əlli milyon) ABŞ dolları olan istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Fuad Mədətov
Fins.az