BİRJA

19 Fevral

Çinə birbaşa xarici investisiyalar 33 milyard dollara çatıb

Çin Milli Xarici Valyuta Administrasiyasının (SAFE) məlumatlarına görə, 2023-cü ildə birbaşa xarici investisiyalar 33 milyard dollara çatıb. Beləliklə, investisiyalar 2022-ci ilə nisbətən 82 faiz azalaraq 1993-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.

Fins.az xəbər verir ki, açıqlanan məlumatlar Covid-19 karantinlərinin təsirlərinin və zəif sağalmanın hiss olunduğunu göstərir.

İnvestisiyaların azalması həm də dünyada geosiyasi gərginliyi və yüksək faiz dərəcələrini əks etdirir.

1998-ci ildən bəri ilk dəfə olaraq 2023-cü ilin üçüncü rübündə investisiyalar azalıb. Son rübdə bərpa olundu.

Qeyd edək ki, Çin Milli Statistika İdarəsinin məlumatına görə, xarici şirkətlərin gəlirliliyi ötən il əvvəlki ilə nisbətən 6,7 faiz azalıb.

Çin hökumətinin pandemiyadan sonra xarici şirkətləri geri qaytarmaq səyləri hələ də qarşılanmayıb. Pekin hökumətinin bununla bağlı əlavə addımlar atmasına ehtiyac ola biləcəyi bildirilir.

Bununla belə, bəzi müsbət irəliləyişlər də var. Bundesbank-a əsaslanan Alman İqtisadiyyat İnstitutunun məlumatlarına görə, keçən il alman şirkətlərinin Çinə birbaşa investisiyaları təxminən 12 milyard avro (13 milyard dollar) səviyyəsində rekord qırıb.

Günel Məlikzadə
Fins.az