BİRJA

15 Fevral

BOKT İnternational ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir - CƏDVƏL

1 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "İnternational" ASC-nin AZ2011021022 İSİN kodlu 1,000,000 (bir milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Fins.az xəbər verir ki, 19 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT "İnternational" ASC-nin  istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nininternet səhifəsində “Emitentlərin hesabatlılığı” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (//www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.

Fuad Mədətov
Fins.az