BİRJA

25 Yanvar

Mərkəzi Bankın 84 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2201024703 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Fins.az-a bildirilib ki, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 98,371.0000(7.1%) manat və  98,442.6375(6.78%) manat olan 10 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 83,400,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98,438.1152 (6.8%) manat, orta ölçülmüş qiyməti isə 98,439.1257(6.8%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib. 

Notların ödəmə tarixi 18.04.2024-cü ildir.

Günel Məlikzadə
Fins.az