BİRJA

24 Yanvar

Mərkəzi Bankın 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2200024704 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az xəbər verir ki, hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 99460.8119 (6.97%) manat və 99473.8936 (6.8%) manat olan 8 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 45,500,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99473.8936 (6.8%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib. 

Notların ödəmə tarixi 21.02.2024-cü ildir.

Günel Məlikzadə
Fins.az