18 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Konstromat" ASC-nin ümumi dəyəri 196,000 (yüz doxsan altı min) manat olan səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilib.
Fins.az xəbər verir ki, 26 yanvar 2024-cü il tarixində "Konstromat" ASC-nin ümumi dəyəri 196,000 (yüz doxsan altı min) manat olan səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq.
Bildirmək istərdik ki, səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutarsa, səhmlər standart bazar seqmentində şərti listinqdən çıxarılaraq standart bazar seqmentinə keçiriləcək.
Yerləşdirmə üzrə anderrayter “Invest-AZ İ.Ş” QSC -dir.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Günel Məlikzadə
Fins.az