Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2199024707 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Fins.az-a bildirilib ki, hərracı zamanı 9 investor tərəfindən qiymət intervalı 94,905.0000 (7.67%) manat və 95,284.3763 (7.07%) manat olan 9 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 88,700,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 95,246.2592(7.13%) manat və orta ölçülmüş qiyməti 95,274.9610 (7.08%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 26.09.2024-cü ildir.
Günel Məlikzadə
Fins.az