BİRJA

16 Yanvar

2 və 6 fevral tarixlərində özəlləşdirmə hərracları keçiriləcək

Hərrac vasitəsilə əmlak almaq istəyənlər üçün seçim imkanı geniş, prosedurlar sadədir. Fevral ayındakı növbəti hərraclara 57 əmlak çıxarılıb. 

Qurumdan Fins.az-a bildirlib ki, iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fevral ayında keçiriləcək hərraclara çıxarılan əmlakların sayı çox, çeşidi müxtəlifdir.

Fevralın 2-də təşkil olunacaq hərraca Azərbaycan Beynəlxalq Bankına məxsus 6 əmlak çıxarılıb. Bunlardan 1-i mənzil, 2-si torpaq sahəsi, 3-ü isə qeyri-yaşayış sahəsidir. 

Fevralın 6-da keçiriləcək hərraca isə 2 avadanlıq, 49 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin istehsal tarixi 1992-2014-cü illər arasında, start qiyməti 675-22.000 manat arasında dəyişir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə //clck.ru/35Uotw linki vasitəsilə tanış olmaq olar.

Hərracda iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu almaq olar.

Günel Məlikzadə
Fins.az