17, 18 yanvar 2024-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq.
Fins.az xəbər verir ki, notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Notun müddəti (gün) |
ISIN |
Hərrac tarixi |
Hərraca çıxarılan məbləğ (manat) |
Nomi nal |
Miqdar |
Notun ödəniş tarixi |
168 |
AZ2198024708 |
17.01.2024 |
20.000.000 |
100.000 |
200 |
03.07.2024 |
252 |
AZ2199024707 |
18.01.2024 |
20.000.000 |
100.000 |
200 |
26.09.2024 |
Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.
Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcək.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək.
Günel Məlikzadə
Fins.az