Bakı Fond Birjasında 2023-cü ilin yanvar-dekabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 27,335,355,405 manat təşkil edib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 83% böyümə qeydə alınıb.
Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarın səhmləri üzrə ticarət həcmində 22%, korporativ qiymətli kağızların təkrar bazarın ipoteka istiqrazları üzrə isə 5% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 244% artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 177% artım qeydə alınıb.
2023-cü ilin dekabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5,000,904,144 manat təşkil etmiş və ötən ilin son ticarət günü ilə müqayisədə 22% böyümə qeydə alınıb.
Fins.az BFB-nin ticarət dövriyyəsinin cədvəlini təqdim edir:
* ARMB – Azərbaycan Respublikasının Mərkəzi Bankı
** Tircarət günlərinin sayı –242 gün
Günel Məlikzadə
Fins.az