BİRJA

12 Yanvar

BFB-sı Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzvlüyünə qəbul olunub

7 yanvar  2024-cü il tarixində Bakı Fond Birjası Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzvlüyünə qəbul edilmişdirr. Ötən ilin dekabr ayında tərəflər arasında ilkin görüşlər keçirilmiş və əməkdaşlığın aparılmasına qərar verilib

BFB-dan Fins.az-a bildirilib ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) ölkəmizdə 2012-ci ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığı ildən etibarən AHK Azərbaycan şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və lazımi dəstək verir.

Bazar və müştəri-yönümlü xidmətlər göstərən AHK Azərbaycan konsaltinq şirkəti Almaniya və Azərbaycan şirkətlərinin iqtisadi maraqlarını dəstəkləyir. AHK Azərbaycan tərəfindən təklif olunan xidmətlər tərəfdaşlıq vasitəçiliyindən, eləcə də bazara giriş ilə bağlı məsləhətlərdən tutmuş yerli biznes iştirakının təşkilinə qədər çox böyük bir sahəni əhatə edir.

Günel Məlikzadə
Fins.az