BİRJA

11 Yanvar

SEC çox gözlənilən Bitcoin ETF qərarını açıqlayıb

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) 11 spot Bitcoin ETF ərizəsini təsdiqləyib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, dünyanın ən böyük aktivlərin idarə edilməsi şirkəti Blackrock və VanEck, WisdomTree (WT.N), Fidelity, Bitwise, Grayscale Investmens və Invesco spot Bitcoin ETF üçün SEC-ə müraciət edən şirkətlər arasında idi.

İlk əməliyyatların cümə axşamı başlayacağı bildirilir.

SEC sədri Gary Gensler spot Bitcoin ETF səhmlərinin listinqinin və ticarətinin təsdiqləndiyini açıqladı.

Komissiyanın 2023-cü ilin mart ayına qədər 20-dən çox spot Bitcoin ETF müraciətini təsdiq etmədiyini xatırladan Gensler, bunlara bənzər yeni bir sıra tətbiqlərlə qarşılaşdıqlarını, lakin şərtlərin dəyişdiyini ifadə etdi.

Gensler, ABŞ federal məhkəməsinin SEC-in keçən il bu kontekstdə Grayscale-in müraciətini rədd etməsini səhv tapdığını xatırladıb və irəliyə doğru ən davamlı yolun spot Bitcoin ETF səhmlərinin listinqini və ticarətini təsdiqləmək olduğunu düşündüyünü ifadə etdi.

SEC-in bu gün təsdiqlənməsinin ETF-lər üçün olduğunu vurğulayan Gensler, qərarın Komissiyanın kriptovalyuta qiymətli kağızları üçün siyahı standartlarını təsdiqləmək istəyini ifadə etməməsi lazım olduğunu vurğuladı.

Gensler kriptovalyutaların böyük əksəriyyətinin investisiya müqavilələri olduğu və buna görə də federal qiymətli kağızlar qanunlarına tabe olduğu fikrini təkrarladı.

Günel Məlikzadə
Fins.az