Yanvarın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0.45% – 37,695.73 bəndədək, SP 500 indeksi 0.57% – 4,783.45 bəndədək, Nasdaq indeksi isə 0.75% – 14,969.65 bəndədək artıb.
Fins.az-ın məlumatına görə, Avropa fond bazarlarında yanvarın 10-da Fransanın FTSE 100 indeksi 0.42% – 7,651.76 bəndədək, CAC-40 indeksi 0,01% – 7,426.08 bəndədək azalıb, Almaniyanın DAX indeksi isə 0.01% – 16,689.81 bəndədək artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,07% artaraq 1.0981 dollar təşkil edib.
Günel Məlikzadə
Fins.az