BİRJA

10 Yanvar

Mərkəzi Bankın 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2196024700 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan Fins.az-a bildirilib ki, hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 99412.3625(7.6%) manat və 99466.1981(6.9%) manat olan 8 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 69,000,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99460.8119 (6.97%) manat və orta ölçülmüş qiyməti 99462.9663 (6.94%) manat olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.  

Notların ödəmə tarixi 07.02.2024-cü ildir.

Günel Məlikzadə
Fins.az