Yanvarın 9-da keçirilən hərraca çıxarılan əmlaklara 164 sifariş qəbul edilib. Hərrac rəqabətli keçib.
Qurumdan Fins.az-a bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 24 nəqliyyat vasitəsi satılıb. Rəqabətli keçən hərracda “Toyota Corolla” markalı avtomobilin start qiyməti 6.750 manat olsa da, son təklif 13.500 manata yüksəlib. Start qiyməti 8.000 manat olan “Nissan Patrol” markalı nəqliyyat vasitəsi isə 14.800 manata özəlləşdirilib.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //clck.ru/37aiHY linki vasitəsilə tanış olmaq olar.
Hərraclarda iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.
Günel Məlikzadə
Fins.az