BİRJA

09 Yanvar

Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

10,11 yanvar 2024-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq.

BFB-dan Fins.az-a bildirilib ki, notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Notun müddəti (gün)

 

       ISIN

 

Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ (manat)

 

 Nomi nal

 

Miqdar

Notun ödəniş  tarixi

28

  AZ2196024700

10.01.2024

20.000.000

100.000

200

07.02.2024

84

AZ2197024709

11.01.2024

20.000.000

100.000

200

04.04.2024

Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.

Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək.

Günel Məlikzadə
Fins.az