BİRJA

28 Dekabr

AMB: Valyuta hərracında tələb təmin edildi - 28.12.2023

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda tələb 77,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, dekabrın 26-da hərracda tələb 79,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Fuad Mədətov
Fins.az