Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2195024701 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Fins.az-a bildirilib ki, hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 9,828.2307(7.49%) manat və 9,839.3000 (7 %) manat olan 6 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 43,270,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,830.4896 (7.39%) manat, orta ölçülmüş qiyməti isə 9,834.0637 (7.23%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 21.03.2024-cü ildir.
Günel Məlikzadə
Fins.az